Bakı Ali Neft Məktəbinin (BANM) I, II kurs tələbələri və kollektivi Akademik Milli Dram Teatrında “Anamın kitabı” tamaşasını izləyiblər.
Tehsil.biz xəbər verir ki, səhnə əsəri Cəlil Məmmədquluzadənin eyniadlı pyesi əsasında hazırlanıb.
İki hissəli tamaşanın quruluşçu rejissoru, xalq artisti Firudin Məhərrəmovdur.
Tamaşa digər mədəniyyətlərin tariximizə, dilimizə, mədəniyyətimizə etdikləri təsirləri özündə əks etdirir. “Anamın kitabı”nda vətənə sədaqət, ana dilinə məhəbbət, ailəyə bağlılıq kimi milli-mənəvi dəyərlər aşılanır.