Fevralın 12-də “Azərbaycan Qadını Elmdə” (Azerbaijani Women in Science) təşkilatı tərəfindən dəvət olunmuş ölkənin müxtəlif rayonlarından gələn 55 nəfər 12-16 yaşlı məktəbli qız Azərbaycan-Fransız Universitetində (UFAZ) olub.
UFAZ rəhbərliyi şagirləri salamladıqdan sonra onlara UFAZ barəsində video çarxlar göstərilib və univerisitet barəsində təqdimat edilib. Şagirdlərə universitetdə tədris olunan ixtisaslar, qəbul şərtləri, tədris prosesi və iki diplom proqramının üstünlükləri barədə məlumat verilib.
Daha sonra şagirdlər 3 qrupa bölünərək UFAZ-ın fizika, kimya və yer elmləri laboratoriyaları ilə tanış olub və UFAZ müəllimləri tərəfindən müxtəlif təcrübələrin gedişini izləyiblər.
UFAZ dəqiq elmlərin təşviqi məqsədilə tez-tez müxtəlif orta məktəb şagirdlərinin universitetə ziyarətlərini təşkil edir və özünün tədris proqramları barədə onlara məlumat verir. Bu layihədə iştirak etmək istəyən məktəblər [email protected] email ünvanına yazaraq bizimlə əlaqə saxlaya bilər.