Logo

Mühəndislik ixtisasına marağı olan şagirdlər təlimlərə dəvət olunur

12.02.2022 11:42 744 baxış
IMG

UNESCO-nun maliyyə dəstəyilə Azərbaycan Texniki Universiteti (AzTU) tərəfindən həyata keçirilən “Davamlı inkişaf üçün mühəndislik təhsilində qızların iştirakının artırılması” layihəsinin icrasına start verilib. 

Məqsəd şagirdlərin (qız) ali təhsil almaq üçün ixtisas seçimində mühəndislik ixtisaslarına marağının artırılmasından ibarətdir.

Layihə çərçivəsində Bakı, Sumqayıt şəhərləri və Abşeron rayon məktəblərində təhsil alan, komüter elmləri, riyaziyyat, kimya, fizika fənlərinə maraq göstərən qızların (9, 10 və 11-ci sinif şagirdləri) STEM təlimlərinə cəlb olunması nəzərdə tutulub.  

Təlimlərdə qızlarınpeşə seçiminə təsir göstərən valideynlərinə də mühəndislik ixtisasları üzrə təşfiqedici seminarların keçirilməsi planlaşdırılır.

Təlimlər Azərbaycan dilində keçiriləcək.

Ünvan: Azərbaycan Texniki Universiteti, Hüseyn Cavid prospekti 25

https://forms.gle/v8MPV3yx24TsmUUY7

Əlavə məlumat üçün AzTU-nun Karyera mərkəzinin mütəxəssisi Tərlan Eyvazovaya müraciət edə bilərsiniz.

Tel: (+994 55) 849 47 71

Xəbər lenti