Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası “İqtisadiyyat və idarəetmə” kafedrası 11 fevral 2022-ci il saat 11:00-da “Gənclər günü”nə həsr edilmiş “Azərbaycan iqtisadiyyatının modernləşdirilməsində gənclərin rolu” mövzusunda Respublika tələbə elmi-praktiki konfransı keçirib.
Bu barədə "Tehsil.biz"ə akademiyadan məlumat verilib.
Bildirilib ki, konfransda Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının tələbələri ilə yanaşı digər universitetlərin də tələbələri çıxış edib.