Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tədrisi ingilis dilində aparılan “İdman jurnalistikası” magistr proqramının ikinci tədris ili tələbələri fevralın 11-də magistr dissertasiyalarını müdafiə ediblər.
Tehsil.biz xəbər verir ki, tələbələr sosial medianın idman jurnalistikasında rolu, ənnənəvi jurnalistikadan yeni mərhələyə keçid, idman jurnalistikasının futbolun inkişafında rolu, Formula 1 və s. kimi maraqlı mövzularda dissertasiyalar təqdim ediblər.
Tələbələr öz layihələrini və qısa dissertasiyalarını təqdim etdikdən sonra şura üzvlərinin suallarını cavablandırıblar.
Magistr dissertasiyasının müdafiəsi zamanı İxtisaslaşdırılmış Elmi Şuranın sədri iqtisad üzrə fəlsəfə doktoru Elnur Məmmədov, şuranın katibi və üzvü iqtisad üzrə fəlsəfə doktoru Nailə Musayeva, şura üzvləri mexanika üzrə elmlər doktoru, dosent Nailə Kələntərli, tibb üzrə elmlər doktoru, məhkəmə təbabəti üzrə professor Vüqar Məmmədov, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Nazim Abbasov, filologiya üzrə fəlsəfə doktoru, dosent Təranə Mahmudova, filologiya üzrə fəlsəfə doktoru, dosent əvəzi Vəfa İsgəndərova, filologiya üzrə fəlsəfə doktoru, dosent Lalə Əhmədova tələbələrin müdafiəsini qiymətləndiriblər.