Logo

FHN Akademiyasının rəhbərliyi Ukraynada səfərdə olub

11.02.2022 18:50 614 baxış
IMG

Fövqəladə Hallar Nazirliyi (FHN) Akademiyasının rəisi general-mayor Baba Salayevin rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 7-dən 11-dək Ukraynanın Xarkov şəhərində işgüzar səfərdə olub.

FHN-in mətbuat xidmətindən "Tehsil.biz"ə verilən məlumata görə, Baba Salayev səfər zamanı Ukrayna Milli Mülki Müdafiə Universitetinin rektoru general-leytenant Vladimir Sadkovoy ilə görüş keçirib. Görüşdə hər iki təhsil ocağı arasında elm və təhsil sahələrində əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb, birgə tədqiqat layihələrinin həyata keçirilməsinə dair fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində general-mayor Baba Salayev Azərbaycanın Ukraynanın Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanov ilə görüşüb. FHN Akademiyasının rəisi xatirə kitabına ürək sözlərini yazaraq, fəxri konsulluğun əməkdaşlarına uğurlar arzulayıb.

Xəbər lenti