“Rəqəmlər heç də ürəkaçan deyil. Təbii ki, bu, bizi narahat edir. Yoluxan şəxslər arasında müəllimlər və şagirdlər var".
Bunu "Tehsil.biz"ə açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib.
Ekspertin sözlərinə görə, məsələnin çıxış yolu təhsil müəssisələrinin qapadılmasında deyil: "Şagird və ya müəllimlərin virusa yoluxmasının səbəbi fiziki yorğunluqdan qaynaqlanır. Müəllimlər və şagirdlər 2021-ci ilin 22 sentyabrından bu günə qədər fasiləsiz olaraq dərslərdə iştirak edirlər. Belə olan halda təbii ki, yorulublar. Təhsil Nazirliyi qış tətilini ləğv etdi. Distant təhsilə keçsək də, yenə insanlar fiziki olaraq yorulacaq".
Kamran Əsədov bildirib ki, məsələnin çıxış yolu tədrisdə iştirak edən hər kəsin tətilə çıxmasıdır: "Azərbaycanda 11 milyondan çox insan vaksin vurdurub. Bu rəqəm onu deməyə əsas verir ki, vaksinlə bağlı bizdə ciddi problem yoxdur. Sadəcə yorğunluq var. Distant təhsilin tərəfdarı deyiləm”.
Fəqan Əzimli