Logo

Bu məktəb yanacağa tələbatını özü ödəyir - Video

11.02.2022 16:30 520 baxış
IMG

Ağac və taxta tullantıların təkrar emalından əldə olunan pellet yanacağı...

Tehsil.biz Xəzərxəbər-ə istinadən bildirir ki, Tovuzda bir neçə orta məktəbdə bu yanacaqla işləyən isitmə sistemi quraşdırılıb. Pilot layihə ilkin olaraq rayonun Əlimərdanlı, Kirən, Sarıtala və Çobansıxnaq kəndlərindəki təhsil müəssisələrində tətbiq olunub. Effektli nəticə verərsə, alternativ enerjidən rayonun daha bir neçə məktəbində istifadə edilməsi nəzərdə tutulur.

Pilot layihə Ağstafada da həyata keçirilib. Rayonun Köçəsgər kəndindəki 2 saylı tam orta məktəbin sinif otaqları noyabrın 15-dən bu sistemlə qızdırılır.

Qeyd edək ki, bu yanacaq növünün, xüsusilə, ucqar kəndlərdə sərfəli olacağı gözlənilir.

Xəbər lenti