Logo

AƏSMA ECAR layihəsi təlimində təmsil olunub

11.02.2022 13:24 527 baxış
IMG

04 fevral 2022-ci il tarixdə Bakı Biznes Universitetinin koordinatoru olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycanda Rektorlar Konfransının yaradılması” adlı Erasmus+ layihəsinin növbəti vebinar iclası keçirilib.

Tehsil.biz xəbər verir ki, görüşün məqsədi layihə çərçivəsində aparılan tədqiqat işlərinin nəticələrini ali təhsilin maraqlı tərəfləri ilə bölüşdürülməsi və bu nəticələr barəsində müvafiq müzakirələrin aparılması olub.

Tədbirdə Azərbaycanın 19 universitetinin “Beynəlxalq əlaqələr” üzrə prorektorları və şöbə müdirləri, Polşanın, Litvanın, Belçikanın məsul nümayəndələri ilə yanaşı Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının “Beynəlxalq əlaqələr” şöbəsinin müdiri dos.Mahir Calalov da iştirak edib.

Xəbər lenti