Logo

SDU-nun beynəlxalq reytinqlərdə iştirakının “Strateji Yol Xəritəsi”-nin təqdimat tədbiri keçirildi

11.02.2022 12:28 761 baxış
IMG

Fevralın 10-da onlayn formatda Sumqayıt Dövlət Universitetinin beynəlxalq reytinqlərdə iştirakının “Strateji Yol Xəritəsi”-nin təqdimat mərasimi keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirdə rektor professor Elxan Hüseynov başda olmaqla geniş tərkibdə rektorat üzvləri iştirak ediblər.

Giriş sözü ilə Beynəlxalq əlaqələr üzrə prorektor dosent Qafar Atayev tədbirin əhəmiyyətindən danışaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”, onu rəhbər tutaraq Təhsil Nazirliyinin 30 sentyabrın 2021-ci il tarixində “QS Quacquarelli Symonds” beynəlxalq reytinq agentliyi ilə qarşılıqlı əməkdaşlıq müqaviləsinin imzanlanması və eləcə də SDU-nun Elmi Şurasının 24.01.2020-ci il tarixli qərarında bu məsələlərin hədəf kimi qarşıya məqsəd qoyulduğunu tədbir iştirakçılarının diqqətinə çatdırdı. Sonra təqdimatla çıxış üçün sözü Beynəlxalq əməkdaşlıq və əcnəbi tələbələr şöbəsinin müdiri Sədaqət Fətullayevaya verib.

Sədaqət Fətullayeva təqdimatla çıxış edərək beynəlxalq reytinq sistemlərinin göstəriciləri barədə məlumat verib və konkret əməli addımlara başlanılmasının bir hədəf kimi qarşıya qoyulduğunu diqqətə çatdırıb.

Daha sonra universitetin akademik heyətinin elmmetrik göstəricilərini artıraraq daha geniş auditoriyaya çatdırmaq məqsədi ilə Google Scholar sosial-elmi şəbəkədə qeydiyyatdan keçilməsinin zəruri olduğunu vurğulayıb.

Universitet alimlərinin aktiv müzakirələri ilə keçən tədbir qarşıda duran məsələlərin həlli istiqamətində konkret rəy və təkliflərlərin verilməsi ilə davam edib.

Sonda universitetinin rektoru professor Elxan Hüseynov tədbirin əhəmiyyətini müsbət qiymətləndirərək bu istiqamətdə görüləcək işlərlərin aktiv fazaya keçirilməsi üçün rektorun müşaviri Zəfər Hüseynovun başçılığı altında işçi qrupunun yaradılması ilə bağlı göstərişini verib.

Xəbər lenti