Logo

BANM-in daha 2 tələbəsi Xoşbəxt Yusifzadə təqaüdünə layiq görüldü - Foto

11.02.2022 10:25 475 baxış
IMG

Bakı Ali Neft Məktəbinin (BANM) daha 2 tələbəsi SOCAR-ın Birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə adına tələbə təqaüdünə layiq görülüb.

Tehsil.biz xəbər verir ki, BANM-in “Neft-qaz mühəndisliyi" ixtisasının V kurs tələbələri - Zərifə Cəbrayılova və Kənan Məmmədov akademik Xoşbəxt Yusifzadə adına təsis edilmiş tələbə təqaüdünü qazanıblar. Bakı Ali Neft Məktəbinin Elmi Şurasının bu qərarı onların tədris illəri ərzində əldə etdikləri yüksək nəticələr və Ali Məktəbin sosial-ictimai fəaliyyyətindəki xüsusi aktivliyi nəzərə alınaraq verilib.

Qeyd edək ki, bu tələbə təqaüdü akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyi ilə əlaqədar olaraq Bakı Ali Neft Məktəbi tərəfindən (SOCAR-ın Şurasının 13 nömrəli, 17 mart 2020-ci il tarixli Qərarına əsaslanaraq) təsis edilib. Belə ki, hər il BANM-in 2 nümunəvi IV və (və ya) V kurs tələbələri bu təqaüddən yararlanmaq imkanına malikdirlər.

Xəbər lenti