"Məzunlarının işə qəbul edilməsini stimullaşdırmaq məqsədilə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) işəgötürənlər qarşısında öhdəlik götürür".
Tehsil.biz xəbər verir ki, bunu UNEC-in rektoru, professor Ədalət Muradov bildirib.
O qeyd edib ki, işə götürüldüyü tarixdən 3 il müddətində işəgötürən tərəfindən UNEC məzununun hər hansı zəif bilik və bacarıqları aşkarlanarsa, işəgötürənin sifarişi əsasında həmin zəif bilik və bacarıqların UNEC tərəfindən və UNEC hesabına aradan qaldırılması təmin edilir.
Fəqan Əzimli
Həmçinin oxuyun: Azərbaycan İqtisad Universiteti 65 min manata kitab tərcümə etdirir