Logo

DSX-nin Xüsusi Məktəbinin V sinfinə sənəd qəbulu davam edir

10.02.2022 13:56 697 baxış
IMG

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin V sinfinə fevralın 1-dən başlanan şagird qəbulu davam edir.

DİM-dən "Tehsil.biz"ə bildirilib ki, Xüsusi Məktəbin V sinfinə qəbul imtahanında 2022-ci il dekabrın 31-dək 10 yaşı tamam olan və 12 yaşı tamam olmayan, qəbul aparılan ildə ümumi təhsil pilləsinin IV sinfində təhsil alan, fiziki cəhətdən sağlam olan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları iştirak edə bilərlər.

İmtahanlarda iştirak etmək istəyən namizədlər DİM-in rəsmi internet saytında (www.dim.gov.az) “Şəxsi kabinet” yaratmalı və pul hesabına 40 AZN əlavə etməlidirlər. Daha sonra martın 28-dək dim.gov.az saytının baş səhifəsində yerləşdiriləcək keçid vasitəsilə elektron ərizəni dolduraraq qeydiyyatdan keçməlidirlər. Bu gün saat 11:25-dək olan məlumata görə, 317 şagird ərizəsini təsdiqlədib.

Ətraflı məlumatla DİM-in saytındakı elan vasitəsilə tanış olmaq olar.

Xəbər lenti