Qazaxıstanda fevralın 15-dən 23-dək Beynəlxalq Jautikov Olimpiadası (https://izho.kz/) təşkil olunacaq.
Təhsil İnstitutundan "Tehsil.biz"ə bildirilib ki, olimpiadada ölkəmizi 5 komanda və 35 iştirakçı təmsil edəcək.
Şagirdlərin olimpiadaya hazırlıq prosesinin intensivləşdirilməsi məqsədilə Təhsil İnstitutunun Təhsil texnologiyaları mərkəzində intensiv dərslər və sosial fəaliyyətləri əhatə edən qış düşərgəsi təşkil olunub.