Bakı Ali Neft Məktəbinin (BANM) tələbəsi Müşviq İskəndərov Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) təşkilatçılığı ilə Quba rayonunda həyata keçirilən tələbələrin "Qış düşərgəsi"ndə iştirak edir. Müşviq İskəndərov Neft-qaz mühəndisliyi ixtisasının III kurs tələbəsidir.
Tehsil.biz xəbər verir ki, 9 gün davam edəcək düşərgə fevralın 13 - də yekunlaşacaq. "Qış düşərgəsi"ndə gün boyu maraqlı və əyləncəli tanışlıq, komanda oyunları ilə tələbələr arasında informasiya mübadiləsi, təlimlər və təqdimatlar təşkil olunur. Təlimlərin sonunda tələbələr arasında yekun qiymətləndirmə keçirilir, maraqlı müzakirələr aparılır.
Müxtəlif təlimlər və təqdimatlarla yanaşı, tələbələrin asudə vaxtlarının səmərəli təşkili və dəyərləndirilməsi üçün nəzərdə tutulmuş proqramlar: intellektual və stolüstü oyunlar, aktiv müzakirələr və diskussiyalar, müxtəlif qrup işləri ilə düşərgə həm öyrədici, inkişafetdirici, həm də əyləncəli mühitə çevrilir. Düşərgədə tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi yüksək səviyyədə təmin edilib.