Paytaxt Bakıda yerləşən Paşa Nəzərov adına 60 nömrəli orta məktəb fəaliyyətini distant qaydada davam etdirəcək.
"Tehsil.biz"in məlumatına görə, məktəbdə çox sayda müəllim və şagird koronavirusa yoluxub.
Bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən COVID19 infeksiyasına yoluxma və qarşılıqlı təmas halları ilə bağlı məktəbdə əyani tədris prosesinin 10 fevraldan etibarən 7 gün müddətində distant təhsillə əvəz olunmasına qərar verilib.