Logo

BDU-nun əməkdaşları beynəlxalq təcrübə proqramında iştirak ediblər

09.02.2022 14:30 720 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) əməkdaşları Belçikanın Leuven şəhərində yerləşən “QMineral” şirkətinin təşkil etdiyi təcrübə proqramında iştirak ediblər.

Tehsil.biz xəbər verir ki, təcrübə proqramında BDU-nun Sənaye kimyası elmi-tədqiqat laboratoriyasının müdiri Ələkbər Hüseynzadə və Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasının kiçik elmi işçisi Xatirə Mehtiyeva müxtəlif panel müzakirələrdə və təlimlərdə fəallıq nümayiş etdiriblər.

İştirakçılar proqram çərçivəsində kristallik toz nümunələrinin "Rentgen şüalarının difraksiyası" tədqiqat üsülu ilə keyfiyyət və kəmiyyət analizi haqqında təlimlərdə iştirak ediblər. Həmçinin, tədqiqat nəticələrinin keyfiyyətinin artırılması məqsədilə dünyanın qabaqcıl laboratoriyalarında istifadə olunan proqram təminatları ilə tanışlıq imkanı da yaradılıb. Təcrübə proqramının yekununda BDU-nun hər iki əməkdaşı şirkət tərəfindən beynəlxalq sertifikata layiq görülüb.

Xəbər lenti