Logo

Total Energies təqaüdləri üçün UFAZ-da imtahan keçirildi

09.02.2022 12:42 443 baxış
IMG

Fevralın 9-da Azərbaycan-Fransız Universitetində Total Energies şirkətinin təhsil təqaüdləri üçün imtahan keçirlib.

Tehsil.biz xəbər verir ki, Total Energies EP Absheron B.V. hər il 10 nəfər azərbaycanlı tələbəyə Fransa universitetlərində magistratura pilləsində təhsil almaq üçün təqaüdlər verir. Təhsil təqaüdləri aşağıdakı sahələrdə mühəndislik proqramlarına ayrılır : Geofizika, Kimya, Kompüter elmləri, Ətraf mühit və Enerji.

İmtahan 2 mərhələdən ibarətdir. Birinci mərhələdə namizədlər riyaziyyat və məntiq üzrə yazılı imtahan verir. İxtisas bilikləri ilə yanaşı namizdlərdən ingilis və fransız dili bilikləri də tələb olunur. 

15 nəfər ən yaxşı nəticə göstərmiş namizəd fevralın 28-də Total Energies EP Absheron B.V. şirkətinə intervyuya dəvət olunacaq. Yekun nəticələr mart ayının ortalarında elan olunacaq. 

Bu gün baş tutan imtahanda 35 nəfər namizəd iştirak edib. Onlardan 25 nəfər UFAZ-da təhsil alan və ya məzun olmuş şəxslərdir. 

Uğurlu namizədlər 2022-2023-cü tədris ilində Fransada təqaüdlə magistratura pilləsində təhsil almaq hüququ əldə edəcək.

Xəbər lenti