Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) "Kompüter mühəndisliyi" ixtisasının IV kurs tələbələsi Əhmədli Ülvi Elbrus oğlu, Azercell şirkətinin təqaüd proqramının qalibi olub.
Bu barədə "Tehsil.biz"ə ADNSU-dan məlumat verilib.
Qeyd edilib ki, proqramda iştirak edən tələbələr ingilis dili və riyaziyyat fənni üzrə test imtahanı və iki dəfə müsahibədən uğurla keçərək təqaüd proqramının qalibi olublar. Tədris ilinin sonuna qədər tələbələr Azercell şirkəti tərəfindən aylıq təqaüd alacaqlar.