Logo

UNEC-də Ömürboyu Təhsil Mərkəzinə tələbə qəbulu davam edir

08.02.2022 21:20 483 baxış
IMG

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Ömürboyu Təhsil Mərkəzinə tələbə qəbulu davam edir.

UNEC-dən bildirilib ki, sertifikatlı təlim proqramlarını həyata keçirən UNEC Ömürboyu Təhsil Mərkəzində müasir əmək bazarının tələblərinə çevik reaksiya verilməsi prioritet sayılmaqdadır. Hazırda təlimlərə qeydiyyat davam edir.

Kursun sonunda tələbələr imtahan verərək UNEC tərəfindən təsdiqlənən və rəsmi qeydiyyat nişanı olan sertifikat əldə etmə şansını qazanacaqlar.

Təlim proqramı haqqında ətraflı məlumatla UNEC-in saytında tanış olmaq mümkündür.

Xəbər lenti