Logo

Azərbaycan etibarlı tərəfdaş, zəngin təbiətə malik qalib bir ölkədir

08.02.2022 20:17 473 baxış
IMG

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev il 4 fevral 2022-ci tarixdə Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısında çıxış etmişdir. Dövlət başçısı çıxışında Cənub Qaz Dəhlizi layihəsinin iştirakçıları olan ölkələr - Türkiyə, Gürcüstan, Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliya bir komanda olaraq effektli çalışdığını, hər il yeni nailiyyətlər qazandığını, Cənub Qaz Dəhlizinin uğurla tamamlanmasının bütün iştirakçı dövlətlərin nailiyyəti olduğunu, 2020-ci ilin 31 dekabr tarixində Cənub Qaz Dəhlizinin sonuncu hissəsi olan TAP layihəsi tamamlanmasında Avropa Komissiyası, Azərbaycan həmtəşkilatçı olaraq və bütün ölkələr, şirkətlər və beynəlxalq maliyyə institutlarının Məşvərət Şurasının iclasında səylərinin koordinatorları olaraq il ərzində bu layihənin həyata keçirilməsində çox mühüm rol oynadığını vurğulamışdır. 

Dövlət başçısı qeyd etmişdir ki, 33 milyard ABŞ dolları dəyərində olan Cənub Qaz Dəhlizi XXI əsrin ən böyük layihələrindən biridir və onun icrasına bütün aparıcı beynəlxalq maliyyə institutları - Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiya İnfrastruktur və İnvestisiya Bankı öz töhfəsini vermişdir. Getdikcə artan qaz tələbatını xüsusi vurğulayaraq qeyd olunmuşdur ki, Azərbaycan beynəlxalq bazarlara, o cümlədən Avropa bazarlarına ixracı artıra bilib. Belə ki, keçən il Azərbaycan Türkiyəyə 8,5 milyard, İtaliyaya 7 milyard kubmetr olmaqla, 19 milyard kubmetr təbii qaz ixrac etmişdir. Həmişə beynəlxalq bazarlara enerji resurslarının etibarlı təchizatçısı olan Azərbaycanın təbii qaz ehtiyatlarına yeni bazarlarda ehtiyac vardır. Azərbaycan neft ixracatına 2006-cı ildən başlayaraq fasiləsiz olaraq. açıq, şəffaf, biznes və nəticələrə hesablanmış layihələr icra edib və bunun nəticəsində xarici ölkələrlə əməkdaşlığa və qarşılıqlı dəstəyə gətirib çıxarıb.

Ölkələrin bəziləri qaz istehlakının 80 faizini, digərləri isə 15-20 faizini Azərbaycandan alırlar və bu göstəricilər artır. Zəngin sərvətə malik Azərbaycanda 2, 6 trilyon isbat edilmiş qaz ehtiyatı məlumdur ki, həmin qaz yataqlarından ən böyüyü “Şahdəniz”dir. Texnologiyalar sürətlə inkişaf etdikcə Azərbaycanın isbat edilmiş qaz ehtiyatları daha da çoxalacaqdır. 

Ölkə başçısı çıxışında digər layihələr üzərində də iş getdiyini, ən böyük qaz kondensatı yataqlarından biri olan “Abşeron”da da tezliklə 1,5 milyard kubmetr tutumunda hasilata başlanılacağını vurğulamışdır. Gələcək planlardan danışarkən dövlət başçısı vurğulamışdır ki, 400 milyon kubmetr tutumunda olan “Babək”,  200 milyon tutumunda qaz ehtiyatı olan “Ümid” yataqları ümidverici yataqlardır. “Azəri-Çıraq-Günəşli”dən də böyük gözləntilərin olduğunu qeyd edən Ölkə başçısı əhalinin sayının artması ilə əlaqədar daxili tələbatın da da artdığını, 2020-ci ildə Vətən müharibəsi nəticəsində işğaldan azad edilmiş 10 min kvadrat kilometrdən çox olan ərazilərin qazlaşdırılması üçün əlavə həcmdə qaza ehtiyacı olduğunu qeyd etmişdir. Cari ildən etibarən keçmiş qaçqınlar öz doğma torpaqlarına qayıdacağını nərərə alsaq, əlavə qaza ehtiyac yaranacağı vurğulanmışdır. 

İlham Əliyev qeyd etmişdir ki, Azərbaycan dünyanın xam neft, təbii qaz, neft-kimya məhsulları, neft məhsulları və elektrik enerjisi ixrac edən az sayda ölkələrindən biridir. Davos Dünya İqtisadi Forumunun qiymətləndirməsinə əsasən, enerjiyə əlçatanlıq reytinqində Azərbaycan dünyada ikinci yerdədir. Böyük həcmdə vəsait yatırılıb və elektrik enerji xətləri tamamilə müasirləşdirilib, habelə yeni elektrik stansiyaları tikilib. Gələcək planlardan bəhs edən Prezident bildirmişdir ki, ötən ay enerji bazarında tanınmış, Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti tərəfindən maliyyələşdiriləcək ilk böyük bərpaolunan enerji mənbəyi layihəsinin - 240 meqavat gücündə külək elektrik stansiyasının təməlqoyma mərasimi keçirilmişdir. Eyni zamanda Bakının Qobu rayonunda 400 meqavat gücündə yeni elektrik stansiyasının açılışı olacaq. Dövlət başçısı bildirmişdir ki, Azərbaycanın elektrik enerjisinə regional bazarda da ehtiyac var və bu gün Azərbaycan dörd qonşu ölkəyə - Türkiyə, Rusiya, Gürcüstan və İrana elektrik enerjisi ixrac edir. Azərbaycanda bərpaolunan enerji mənbəyimiz nə qədər çox olsa, ixrac üçün daha çox qaza qənaət olunacağı vurğulanmışdır.

Gələcək layihələrdən haqqında isə qeyd olunmuşdur ki, hazırda işğaldan azad edilmiş ərazilər üçün xüsusi proqram hazırlanmışdır. Energetika Nazirliyi aparıcı beynəlxalq şirkətlərlə birlikdə artıq Qarabağ və Şərqi Zəngəzurda “yaşıl enerji” zonası üçün konseptual proqnoz hazırlayaraq Qarabağ və Şərqi Zəngəzurda bərpaolunan mənbələrin potensialının beynəlxalq qiymətləndirməsi aparılıb və ilkin rəqəmlər çox ümidvericidir. Külək enerjisində potensial təxminən 7200 meqavat, Günəş enerjisində potensial isə 2000 meqavatdan çoxdur.

Azərbaycanın neft-qaz sahəsində strateji tərəfdaşıolan BP işğaldan azad edilmiş ərazilərdə, xüsusilə Cəbrayıl rayonunda işləməyə böyük maraq göstərir. Bundan əlavə olaraq. Xəzər dənizinin təsdiq olunmuş enerji yataqlarının qiymətləndirilməsinə dair xüsusi proqramdan bəhs edən Prezident qeyd etmişdir ki, ilkin rəqəmlər Xəzər dənizinin texniki potensialı 150 min meqavatdan çox olduğun göstərir. Bu potensialın inkişafı ilə bağlı aparıcı beynəlxalq enerji şirkətlərindən müəyyən ilkin təkliflər alınmışdır. Bu da onu sübut edir ki, Azərbaycan artıq uzun illərdir özünü etibarlı enerji mənbəyi kimi sübut etmişdir. 
Sevindirici haldır ki, aparılan siyasət nəticəsində Azərbaycan dünyada və regionda tərəqqi etmiş ölkələrdən birinə cevrilməkdədir. Azərbaycanımızın hər bir vətəndaşı kimi, bizim də bu inkişaf gələcəyə, işıqlı sabaha inamımızı daha da artırır. 

Rauf Məmmədov,

Ucar Rayon Təhsil Şöbəsinin müdiri

Xəbər lenti