Logo

BDU-da Milli Qəhrəman Mübariz İbrahimovun doğum gününə həsr olunmuş tədbir keçirilib

08.02.2022 15:26 408 baxış
IMG

Bakı Dövlət Universitetində (BDU) “BDU Könüllüləri”nin təşkilatçılığı ilə Milli Qəhrəman Mübariz İbrahimovun doğum gününə həsr olunmuş onlayn tədbir keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirdə çıxış edən Şərqşünaslıq fakültəsinin tələbə könüllüləri - Ağalarlı Şəfəq,  İbrahimzadə Lamiyə və  Qurbanova Nübar Milli Qəhrəmanın həyat və döyüş şücaəti haqqında məlumat verib, tarix yazmış əfsanəvi qəhrəmanlarımızla qürur duyduqlarını bildiriblər. Çıxış edənlər Mübariz İbrahimovun döyüş qəhrəmanlığından danışıb və  vətənpərvərliyinin bugünkü gənclərə örnək olduğunu qeyd ediblər.

Qeyd olunub ki, bu gün Mübarizin ruhu şaddır, çünki onun uğrunda şəhid olduğu Vətən torpağı 44 gün ərzində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə yenilməz Azərbaycan Ordusu tərəfindən düşmən tapdağından azad olunub.

Xəbər lenti