Logo

“Təhsil” Respublika İdman Mərkəzinin yığma komandası Azərbaycan çempionatında yüksək nəticələr əldə edib

08.02.2022 11:33 499 baxış
IMG

Atletika idman növü üzrə 38-ci Azərbaycan çempionatı keçirilib.

Tehsil.biz xəbər verir ki, çempionatda ölkənin müxtəlif rayon və şəhərlərindən olan klublar, cəmiyyətlər və idman təşkilatlarından 9 komanda olmaqla 140 idmançı iştirak edib. 

Yarışda Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən uşaq-gənclər idman-şahmat məktəblərinin idmançılarından ibarət Mərkəzin yığma komandası 7 qızıl, 4 gümüş, 2 bürünc medal qazanaraq ümumi hesabda I yeri tutub. 

Xəbər lenti