Logo

"İlin TGT sədri" UTECA-da mükafatlandırılıb

07.02.2022 17:21 480 baxış
IMG

Azərbaycan Texnologiya Universitetinin rektoru, professor Akif Süleymanov "İlin TGT sədri" adını qazanan UTECA-nın Qida mühəndisliyi fakültəsinin istehlak mallarının ekspertizası və marketinqi ixtisası üzrə 4-cü kurs tələbəsi Nicat Nağıyevi (qrup 2128A2) mükafatlandırıb. 

Tehsil.biz xəbər verir ki, mükafatlandırma zamanı rektor gələcəyin texnoloqunu "İlin TGT sədri" adını qazanması münasibətilə təbrik edib. "İlin TGT sədri"nə vəzifəsində və təhsilində yeni-yeni uğurlar arzu edən rektor göstərilən etimadı doğruldacaqlarına ümid etdiyini  qeyd edərək Tələbə Gənclər Təşkilatının bundan sonrakı fəaliyyətinə dair məsləhət və tövsiyyələrini verib. 

Qeyd edək ki, Nicat  2 ilə yaxındır  Texnologiya Universitetinin Tələbə Gənclər Təşkilatının sədridir. Bu müddət ərzində  onun fəaliyyəti Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının diqqətini çəkib və bir neçə gün əvvəl Gənclər Fondunun dəstəyi ilə keçirilən, Azərbaycan Gəncləri Gününə həsr olunmuş "I strateji planlaşdırma forumu" çərçivəsində "İlin TGT sədri" adına layiq görülüb. 

Xəbər lenti