Bakı Dövlət Universitetində (BDU) "ASAN Könüllüləri” Təşkilatı və BDU-nun birgə təşkilatçılığı ilə “Dinamik Gənclik Həftəsi 2” layihəsi çərçivəsində “Yeniyetmə və gənclər arasında nitq mədəniyyətinin inkişafı” mövzusunda görüş keçirilib.
Tehsil.biz xəbər verir ki, görüşdə İctimai Televiziya və Radio Yayımları şirkətinin teleaparıcısı Ceyhun Əli tələbələrlə öz təcrübəsini bölüşüb.
Görüş çərçivəsində yeniyetmə və gənclər arasında nitq mədəniyyətinin inkişafı, mövcud vəziyyət və problemlər müzakirə olunub, könüllülərin sualları cavablandırılıb. Qeyd edək ki, görüşdə ASAN Könüllüləri ilə yanaşı BDU-nun Jurnalistika fakültəsinin tələbələri də iştirak ediblər.