Təhsil tələbə krediti almaq üçün zamin tələb olunmur.
Tehsil.biz xəbər verir ki, bunu təhsil tələbə kreditlərinin verilməsi ilə bağlı müzakirələrdə Təhsil Tələbə Krediti Fondunun rəhbəri Araz Paşayev deyib.
Onun sözlərinə görə, təhsil tələbə krediti Azərbaycan manatı ilə verilir: "Kredit tələbəyə nağd olaraq verilmir, tələbənin təhsil aldığı təhsil müəssisəsinə köçürülür".
Qeyd edək ki, təhsil tələbə kreditinin ayrılmasında məqsəd təhsilin hamı, xüsusilə də əhalinin aztəminatlı təbəqələrindən olan şəxslər üçün əlçatanlığının təmin edilməsi, təhsildə bərabər imkanların yaradılması və təhsilin əhatə dairəsinin genişləndirilməsidir.
Həmçinin oxuyun: Sosial tələbə krediti ilə bağlı olan güzəştlər açıqlandı