Bu günə olan məlumata əsasən təhsil tələbə krediti üçün 5000 müraciət daxil olub .
Bunu Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Araz Paşayev deyib.
Onun sözlərinə görə, həmin müraciətlərdən 1945-nə müsbət rəy verilib: "1200 müraciətin emal olunub və onların rəsmiləşdirilməsi yaxın iki həftədə baş tutacaq. TTəxminən 400-ə yaxın müraciət texniki baxımdan tamamlanmayıb".