Logo

Azərbaycan İlahiyyat İnstitutu qış məktəbi təşkil edəcək

05.02.2022 11:20 485 baxış
IMG

Azərbaycan İlahiyyat İnstitutu fevralın 7-dən qış imtahan sessiyasını uğurla başa vuran tələbələr üçün Lənkəran rayonunda “Din, mədəniyyət və cəmiyyət-3” mövzusunda qış məktəbi təşkil edəcək.

İnstitutdan bildirilib ki, qış məktəbi layihəsinin həyata keçirilməsində məqsəd tələbələrin dünyagörüşünün zənginləşdirilməsi, təhlil qabiliyyətlərinin artırılması, onların ölkəmizdə mövcud multikultural, tolerant mühitin canlı şahidi olmalarının təmin edilməsidir.

Fevralın 11-dək davam edəcək qış məktəbi layihəsi çərçivəsində ümummilli lider Heydər Əliyevin Lənkəran şəhərində ucaldılmış abidəsini, Heydər Əliyev Mərkəzini, Şəhidlər xiyabanını, Həzi Aslanovun ev-muzeyini, Tarix-Diyarşünaslıq Muzeyini və tarixi-dini abidələri ziyarət etmək nəzərdə tutulur.

Xəbər lenti