Logo

ADNSU-da “Open Science platformasının təbliği” layihəsi çərçivəsində seminar təşkil olunub

05.02.2022 11:05 469 baxış
IMG

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Təhsil Nazirliyi və Azərbaycan Gənc alim, doktorant və magistrlər cəmiyyətinin birgə təşkilatçılığı ilə “Open Science Azərbaycan: Gənc tədqiqatçılar arasında Open Science platformasının təbliği” layihəsi çərçivəsində seminar keçirilib.

ADNSU-nun Doktorantura şöbəsinin müdiri, dosent Zülfüqar İbrahimli iştirakçılara seminar haqqında məlumat verib.

Universitetin Elmi işlər üzrə prorektoru, professor Lətafət Qardaşova gənc alimlərlə belə bir tədbirin keçirilməsinin əhəmiyyətindən danışıb. Qeyd edib ki, gənc alimlərə dəstək vermək, onların elmi potensiallarını zamanında üzə çıxarmaq vacibdir və həmçinin tədris zamanı elmin inkişafı diqqətdə saxlanılmalıdır.

Azərbaycan Gənc alim, doktorant və magistrlər cəmiyyətinin sədri, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü İlqar Orucov ölkədə gənclər üçün yaradılan şəraitdən söz açıb. Bildirib ki, bu layihənin də tətbiqi gənc alimlərin elminin, bilik imkanlarının daha da şaxələndirilməsinə, onların beynəlxalq əlaqələrinin inkişafına xidmət edəcək. Bu da gənclər üçün yeni imkanlar yaradacaq, onların elminin inkişafına təkan olacaq.

Sonda seminarda iştirak edən doktorant və magistrantlara sertifikatlar təqdim edilib.

Xəbər lenti