Bakı Mühəndislik Universitetinin (BMU) Distant Təhsil və Keyfiyyətin Təminatı Mərkəzinin direktoru Cəmil Məmmədov koronavirusdan vəfat edib.
Bu barədə "Tehsil.biz"ə universitetdən məlumat verilib.
Qeyd olunub ki, universitet rəhbərliyi və kollektivi Cəmil Məmmədovun vaxtsız vəfatından kədərləndiklərini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.