Logo

Azərbaycan Texnologiya Universitetinin magistrantı Beynəlxalq Elmi Konfransda çıxış edib

04.02.2022 16:58 414 baxış
IMG

Azərbaycan Texnologiya Universitetinin magistrantı Ramil Həsənov Fransanın paytaxtı Paris şəhərində keçirilən “COVID-19 pandemiyasının cəmiyyətə təsiri” adlı Beynəlxalq Elmi Konfransda iştirak edib.

"Tehsil.biz"in məlumatına görə, təxminən 30-a yaxın ölkədən olan tədqiqatçıların iştirak etdiyi konfransda R.Həsənov "The Effects Of Covid-19 over startups" (COVID-19'un startaplar üzərində təsirləri) mövzusunda təqdim etdiyi elmi işinə dair məruzə ilə çıxış edib. Konfransın yekununda universitetin magistrantı müvafiq beynəlxalq sertifikatla təltif edib.

Qeyd edək ki, Ramil Həsənov Erasmus+ proqramının tələbə mübadiləsi çərçivəsində 2021-2022-ci ilin payız semestri müddətində təhsilini İspaniyanın Jaen Universitetində davam etdirib.

Xəbər lenti