Logo

AzTU əməkdaşları Vətən müharibəsi şəhidi Elçin Əzizovun ailəsini ziyarət edib

03.02.2022 16:32 409 baxış
IMG

Azərbaycan Texniki Universitetinin (AzTU) əməkdaşları universitetin 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan məzunu Elçin Əzizovun ailəsini ziyarət edib.

Tehsil.biz xəbər verir ki, Şəhidin ailə üzvləri ilə görüş zamanı onun tələbəlik illərindəki xatirələrindən söhbət açılıb, vətənpərvərlik hisslərinin yüksək olması xüsusi vurğulanıb. Bildirilib ki, AzTU-da şəhid tələbə və məzunların xatirəsi hər zaman ehtiramla yad edilir və bundan sonra da belə davam edəcək. Şəhid tələbə və məzunların xatirəsinin əbədiləşdirilməsi, onların gələcək nəsillərə tanıdılması üçün universitetdə mütəmadi olaraq maarifləndirmə işlərinin aparıldığı qeyd olunub. AzTU-nun tələbə və məzunlarının torpaqlarımızın azadlığı uğrunda gedən bütün döyüşlərdə ön sıralarda xidmət etdiyi xüsusi vurğulanıb.

Qeyd edək ki, 44 günlük Vətən müharibəsində AzTU-nun tələbə və məzunları arasından 36 nəfər şəhidlik zirvəsinə ucalıb.

Xəbər lenti