Xəbər verdiyimiz kimi, ali təhsil müəssisələrinin magistraturalarına elektron ərizə qəbulu fevralın 10-dək davam edəcək.
Tehsil.biz xəbər verir ki, ali təhsil müəssisələrinin magistraturalarına ərizə vermək istəyən bakalavrlar texniki dəstək almaq üçün Dövlət İmtahan Mərkəzinin regional bölmələrində, həmçinin Qərbi Kaspi, Azərbaycan, Bakı Biznes, Odlar Yurdu Universitetlərində ödənişsiz fəaliyyət göstərən “Məsləhət Mərkəzləri”nə müraciət edə bilərlər.
“Məsləhət mərkəzləri”ndə xüsusi treninq keçmiş əməkdaşlar bakalavrlara qəbul qaydaları, ali təhsil müəssiələrinin magistratura səviyyəsinə ərizə qəbulu, “Bakalavrın elektron ərizəsi”nin doldurulma və təsdiq edilməsi qaydası və s. məsələlər haqqında ödənişsiz kömək göstərirlər.
Bakalavrlar onları maraqlandıran suallarla bağlı həftənin 5 günü (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10.00-dan 17.00-dək aşağıdakı ünvanlarda fəaliyyət göstərən “Məsləhət Mərkəzləri”nə müraciət edə bilərlər:
Bakı şəhəri
Azərbaycan Universiteti
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli küç, 71. Telefon: +994 12 431 41 17
Bakı Biznes Universiteti
Ünvan: Bakı şəhəri, Yasamal rayonu, H. Zərdabi küç, 88a. Telefon: +994 12 431 79 51 (daxili nömrə: 226);
Qərbi Kaspi Universiteti
Ünvan: Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küç, 27. Telefon:+994 12 492 61 63;
Odlar Yurdu Universiteti
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Koroğlu Rəhimov küç. 13. Telefon: +994 12 465 85 27;
Dövlət İmtahan Mərkəzinin regional bölmələri
Naxçıvan MR Regional Bölməsi
Naxçıvan şəhəri, Atatürk küçəsi, 10.
+994 36 544 04 02;
Göyçay Regional Bölməsi
Göyçay şəhəri, Rauf İsayev küçəsi, 43.
+994 20 274 66 74;
Şəki Regional Bölməsi
Şəki şəhəri, M.Rəsulzadə prospekti, 182.
+994 24 244 66 14;
Xaçmaz Regional Bölməsi
Xaçmaz şəhəri, M.Rəsulzadə küç, 7b.
+994 23 325 01 21;
Lənkəran Regional Bölməsi
Lənkəran şəhəri, H.Aslanov xiyabanı 52.
+994 25 255 24 82;
Gəncə Regional Bölməsi
Gəncə şəhəri, H.Əliyev meydanı, İnzibati bina.
+994 22 256 50 67;
Şirvan Regional Bölməsi
Şirvan şəhəri, Rəsulzadə küç, 19.
+994 21 215 15 23;
Bərdə Regional Bölməsi
Bərdə ş., H.Əliyev prospekti, 100.
+994 20 205-01-86;
Şəmkir Regional Bölməsi
Şəmkir, Bakı-Qazax şosesi,
İnzibati bina “West gate”.
+994 55 214 97 00.