Logo

Azərbaycan Universitetinin rektoru təltif olunub

02.02.2022 14:27 409 baxış
IMG

Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının (ATİAHİ) yaradılmasının 100 illiyi münasibətilə həmkarlar ittifaqı hərəkatında xidmətlərinə görə “Yubiley döş nişanı” ilə təltif olunub.

Tehsil.biz xəbər verir ki, rektor bu mükafata ATİAHİ Respublika Komitəsinin Rəyasət Heyətinin qərarı ilə layiq görülüb.

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı 1920-ci il iyunun 9-da yaradılıb və yarandığı vaxtdan bu günə kimi öz üzvlərinin, müəllimlərin, təhsil sahəsində çalışan işçilərin əmək və sosial hüquqlarının qorunmasında, onların asudə vaxtının səmərəli keçirilməsində, istirahətlərinin təşkilində böyük xidmətləri olub.

Xəbər lenti