Azərbaycan Texnologiya Universiteti tələbələri Tələbə Gənclər Təşkilatında göstərdikləri aktiv fəaliyyətlərinə görə təltif ediliblər.
2 fevral Gənclər Gününə həsr olunmuş "I Strateji Planlaşdırma Forumu" çərçivəsində UTECA tələbəsi Nicat Nağıyev "İlin TGT Sədri", Əli Babayev isə "İlin TGT Nümayəndəsi" adına layiq görülüblər.
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən təşkil edilən forumun əsas məqsədi ATGTİ və TGT-lərin uzunmüddətli dayanıqlı inkişaf strategiyasının müəyyən olunması, inkişaf üçün düzgün planlanma aparılmasına dəstək olmaqdır.