Logo

ADPU-nun tələbələri xarici universitetlərdə təhsilini davam etdirəcəkər

02.02.2022 11:14 1010 baxış
IMG

2021/2022–ci tədris ilinin yaz semestrində  Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) bir neçə nəfər tələbəsi ali təhsil müəssisəsinin qoşulduğu mübadilə proqramı çərçivəsində dünyanın müxtəlif universitetlərində bir semestr müddətində təhsil almaq imkanı qazanırlar.

“Erasmus+KA1” mübadilə proqramı çərçivəsində universitetin dörd nəfər  tələbəsi, Tarix və coğrafiya fakültəsinin tələbəsi Abbasov Elmir, İbtidai təhsil fakültəsinin təəbəsi Tağıyeva Səbinə, Məktəbəqədər təhsil fakültəsinin tələbələri Əliyeva Yamən və Hamed Noroozi Danimarkanın Kopenhagen Universitet Kollecində bir semestr müddətində təhsillərini davam etdirəcəklər.

Qeyd edək ki, ADPU  “Erasmus+KA1” proqramı vasitəsilə 2016-ci ildən bəri Danimarkanın Kopenhagen Universitet Kolleci ilə tələbə-müəllim mübadiləsi həyata keçirir.

Xəbər lenti