Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev tələbələri Gənclər günü münasibətilə təbrik edib.
Tehsil.biz xəbər verir ki, rektorun təbrikində deyilir:
"Əziz tələbələr!
Sizi 2 Fevral – Gənclər günü münasibətilə ürəkdən təbrik edirəm!
Siz Azərbaycan kimi keçmişi zəngin, gələcəyi isə parlaq bir ölkədə yaşadığınız və təhsil aldığınız üçün çox şanslısınız! Bizim müstəqil, təhlükəsiz, güclü və insanları üçün hər şərait yaradan dövlətimiz var! Azərbaycan gəncləri beynəlxalq əmək bazarında rəqabət gücünə malikdirlər. Bu gücü siz – tələbələr – ilk növbədə ölkəmizin inkişafına sərf etməlisiniz, çünki sizin hər addımınızda dövlət sizə dəstək olmağa hazırdır və dəstək olur! Akademiyamızın tələbə və məzunları İkinci Qarabağ müharibəsində misilsiz rəşadət göstəriblər. Akademiyanın tələbələri 44 günlük Vətən müharibəsi dövründə pandemiya və karantin rejiminin məhdudiyyətlərinə baxmayaraq, böyük ruh yüksəkliyi ilə vətənpərvərlik nümunəsi göstərdilər. Sizinlə fəxr edirik, Azərbaycan gəncləri! Bayramınız mübarək!"