Logo

Bakı Biznes və Kooperasiya Kollecində "2 fevral - Azərbaycan Gəncləri Günü" qeyd olunub

01.02.2022 16:56 1187 baxış
IMG

Bakı Biznes və Kooperasiya Kolleci, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “2 fevral – Azərbaycan Gəncləri Günü”nün təsis edilməsinin 25 illiyi münasibətilə “Gənclər həftəsi” çərçivəsində “Gələcək gənclərindir” adlı tədbir keçirilib.

Tehsil.biz xəbər verir ki, görüşdə Bakı Biznes və Kooperasiya Kollecin direktoru Elnur Allahverdiyev, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, direktor müavini Vaqif Mahmudov, Bakı Biznes və Kooperasiya Kollecin pedaqoji  heyəti və fəal gənclər iştirak edib.

Tədbirdə çıxış edən natiqlər gəncləri qarşıdan gələn “2 fevral – Azərbaycan Gəncləri Günü”nün təsis edilməsinin 25 illiyi münasibətilə təbrik edib.

Bildiriblər ki, gənclər hər bir dövlətin gələcəyini, inkişafını istiqamətləndirən cəmiyyətin aparıcı qüvvəsidir. Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, birmənalı olaraq, dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu olmuşdur. Bu gün Azərbaycan gəncliyinin önündə böyük qapılar, yollar açılıb. Gəncliyə göstərilən dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir və bu siyasət sağlam və intellektual nəslin formalaşmasına xidmət edir. Bütün bunlar isə Azərbaycan gəncliyinin sabahına daha böyük inamla baxmağa əsas verir. Dövlətimizin bütün sahələrdə həyata keçirdiyi uğurlu və məqsədyönlü siyasət nəticəsində Azərbaycan gəncliyi xoşbəxt və firavan gələcəyə doğru addımlamaqdadır.

Sonra Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov tərəfindən gəncləri maraqlandıran suallar cavablandırıldı, onların təklifləri dinlənildi və tapşırıqlar verilib.

Görüşün sonunda gənclər sahəsində keçirilən tədbirlərin təşkilində və keçirilməsində göstərdiyi könüllülük fəaliyyətinə görə və “2 Fevral - Azərbaycan Gəncləri Günü”nün təsis edilməsinin 25 illiyi münasibətilə Bakı Biznes və Kooperasiya Kollecinin 10 nəfər fəal gənci mükafatlandırılıb.

Xəbər lenti