Logo

AzTU-nun IV kurs (əyani) tələbələrinin nəzərinə

01.02.2022 13:14 401 baxış
IMG

Türkiyənin nüfuzlu şirkətlərindən olan Türk Aviasiya və Kosmik Sənaye Şirkəti (TUSAŞ) sizi istehsalat təcrübəsinə dəvət edir.

16 fevral - 25 may 2022-ci il tarixləri arasında nəzərdə tutulan təcrübə proqramının səfər xərcləri təcrübəçi, yataqxana, qidalanma və Ankara şəhərində nəqliyyat xidmətlərindən istifadə xərcləri isə TUSAŞ tərəfindən qarşılanacaq. Bundan əlavə, bütün namizədlərə TUSAŞ tərəfindən Türkiyədə 2022-ci il üçün nəzərdə tutulmuş minumum əməkhaqqının 1/3-i dəyərində təqaüd də ödəniləcək.

Maraqlanan tələbələrimizin (İqtisadiyyat və idarəetmə fakültəsinin tələbələri istisna olmaqla) ingilis dilində yazılmış CV-ləri ilə birlikdə aşağıdakı linkdən qeydiyyatdan keçmələri tələb olunur.

Qeyd edək ki, tələbələrin təcrübə proqramına seçimi TUSAŞ tərəfindən həyata keçiriləcək.

Müraciət üçün son tarix: 06.02.2022

Qeydiyyat linkihttps://forms.gle/RsvpaC7ArGg1Kw5H9

Xəbər lenti