“Məktəblinin dostu” layihəsinin təşkilatçılığı ilə baş tutan yarışda Bakı şəhər 63, 76, 280 və 281 nömrəli tam orta məktəblərin şagirdləri iştirak edib.
Yarışın təşkilində əsas məqsəd şagirdlərdə idmanın kütləviliyini inkişaf etdirmək, voleybol idman növünə marağı artırmaq və gənclərin sağlam həyat tərzinə yönləndirilməsinə nail olmaqdır.
Qızların yarışmasında 1-ci yeri 280, 2-ci yeri 76, 3-cü yeri isə 63 nömrəli tam orta məktəbin şagirdləri tutub.
Oğlanların mübarizəsində isə 1-ci yerə 281, 2-ci yerə 280, 3-cü yerə isə 76 nömrəli tam orta məktəblərdən ibarət komandalar layiq görülüb.
Qalib komandalara serifikatlar təqdim edilib.