Logo

Piylənməyə qarşı sadə və populyar içki

31.01.2022 20:15 398 baxış
IMG

İngiltərəli həkim Tim Bond bildirib ki, orqanizmdəki “gizli” yağları bir fincan yaşıl çayla “yandırmaq” olar.

“Bəzi tədqiqatlar göstərir ki, yaşıl çay içmək bədəndə piylərin yığılmasını azalda bilər. Bu içki, həmçinin bədənin ümumi çəkisi və həcminin azalmasına da kömək edir”, - deyə o, qeyd edib.

Mütəxəssis izah edib ki, yaşıl çayın tərkibindəki maddələr termogenezə (yağların yandırılması), yağ və zülalların oksidləşməsinə təsir edir. Eləcə də, aclıq hissini zəiflədir və qaraciyər metabolizmi prosesində fermentlərin səviyyəsini tarazlaşdırır.

Mənbə: mk.ru (oxu.az)

Xəbər lenti