Logo

Respublika fənn olimpiadalarının birinci mərhələsinin nəticələri açıqlandı

31.01.2022 19:09 767 baxış
IMG

Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsinin nəticələri açıqlanıb.

Bu barədə "Tehsil.biz"ə Təhsil İnstitutundan məlumat verilib. Bildirilib ki, yarımfinal turunda iştirak edəcək şagirdlərin siyahısı olimpiada.edu.az saytı vasitəsilə elan olunub.

Olimpiadanın rayon (şəhər) mərhələsinin ümumi nəticələrini yerli təhsil idarəetmə orqanlarından və ümumtəhsil müəssisələrindən əldə etmək olar.
Rayon (şəhər) mərhələsi ilə bağlı ərizələr 3 (üç) iş günü ərzində qəbul edilir.

Növbəti mərhələdə iştirak üçün buraxılış vərəqələrinin yüklənməsi fevralın 10-15-də www.portal.edu.az saytı vasitəsilə həyata keçiriləcək.

Respublika fənn olimpiadaları “Kapital Bank”ın baş sponsorluğu ilə keçirilir.

Xatırladaq ki, yanvarın 22-də 2021-2022-ci tədris ili üzrə respublika fənn olimpiadalarının birinci - rayon (şəhər) mərhələsi təşkil olunub.

Xəbər lenti