Logo

Xəzər Universitetinin müəlliminin məqaləsi beynəlxalq dərgidə dərc edilib

31.01.2022 16:34 541 baxış
IMG

Xəzər Universitetinin Dillər və ədəbiyyatlar departamentinin müəllimi dosent Aynur Qəzənfərqızının məqaləsi Uluslararası Kıbrıs Üniversitesinin “Scopus” indexli “Folklor/Ədəbiyyat” dərgisində dərc edilib.

Universitetdən bildirilib ki, məqalədə bəzi türk dillərində işlənən “şulum”, “çər”, “çor” sözlərinin mifoloji-etimoloji kökləri araşdırılır.

Məqalə ilə Xəzər Universitetinin saytında yerləşdirilmiş linkdə tanış olmaq mümkündür.

Xəbər lenti