“Gələcək üçün Bacarıqlar” layihəsinin hesabat təqdimatı və növbəti addımlarla bağlı görüşü bu dəfə də Azərbaycan Dövlət İqtisad Universitetində keçirilib.
Tehsil.biz xəbər verir ki, görüşdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədrinin müavini Ceyhun Salmanov, "İnnovasiyalar Mərkəzi"nin direktor vəzifəsini icra edən Vüsal Rüstəmov, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, universitetin akademik və administrativ heyəti, mentorları, Elektron Hökumətin İnkişafı Mərkəzinin direktorunun müavini Soltan Bayramov, “Gələcək üçün bacarıqlar” layihəsinin rəhbəri Şəbnəm Məmmədova və layihə komandası iştirak ediblər.
Görüş zamanı layihənin komponentləri, gedişatı və növbəti mərhələləri, həmçinin 1 mart tarixindən başlayacaq “İnkubasiya proqramı”na hazırlıq işləri diqqətə çatdırılıb.
İnkubasiya proqramı çərçivəsində biznes inkubatorlarının fəaliyyəti, tədqiqat-inkişaf proqramlarının (R&D) təşkili məsələləri, resurs mənbələrinin təmin edilməsi ilə bağlı müzakirələr aparılıb.