Logo

UNEC: Fransanın Montpelye Universiteti ilə ikili diplom proqramına qəbul başlayıb

31.01.2022 12:42 348 baxış
IMG

2022/2023-ci tədris ili üzrə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) dünya iqtisadiyyatı, maliyyə, mühasibat, iqtisadiyyat və biznesin idarə olunması ixtisasları üzrə 2-ci kurs tələbələri üçün Fransanın Montpelye Universitetinin ikili diplom proqramına qeydiyyat başlayıb.

UNEC-dən bildirilib ki, 1-ci kurs tələbələri də 2023/2024-cü tədris ili üçün qeydiyyatdan keçə bilərlər.

Proqrama qəbul olan UNEC tələbələri 3-cü kurs təhsillərini Montpelye Universitetində davam etdirəcəklər. Bu zaman Fransada oxuduqları müddətdə tələbələrimizə Montpelye Universitetinin tələbə kartları veriləcək. Kursun sonunda tələb olunan kreditləri qazanan tələbələr UNEC-də təhsillərini 4-cü kursdan davam etdirəcəklər.

Müraciətlər fevralın 7-dək qəbul olunur.

Xəbər lenti