Logo

Prezident İlham Əliyev: “Biz müzəffər xalqıq, biz qalib dövlətik”

31.01.2022 12:13 501 baxış
IMG

“Müharibə başa çatıb. Bəli, biz deyirik ki, sülh olmalıdır. Ancaq heç vaxt erməni vəhşiliyini, erməni faşizmini unutmamalıyıq”.

Tehsil.biz xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 30-da Gəncə şəhərinə səfəri çərçivəsində Azərbaycan Dövlət İnformasiya Agentliyinə (AZƏRTAC) müsahibəsində bildirib.

Dövlət başçısı vurğulayıb ki, Xocalı qurbanlarını unutmamalıyıq: “Gəncə qurbanlarını, digər şəhərlərimizin qurbanlarını heç vaxt unutmamalıyıq və unutmayacağıq. Onların müqəddəs ruhu qarşısında baş əyərək bir daha deyirik ki, onların qanı yerdə qalmadı. Onların yaxınları üçün bəlkə də bu, təsəlli ola bilər”.

Prezident İlham Əliyev deyib ki, biz müzəffər xalqıq, biz qalib dövlətik: “Erməni faşizmini məğlub etdik. Elə etməliyik ki, erməni faşizmi bundan sonra heç vaxt baş qaldırmasın”.

Xəbər lenti