Logo

Xəzər Universitetində beynəlxalq tələbə elmi konfransı keçiriləcək

29.01.2022 20:13 400 baxış
IMG

Xəzər Universitetində Dillər və ədəbiyyatlar departamentinin təşkilatçılığı ilə mayın 26-da və 27-də beynəlxalq tələbə elmi konfransı keçiriləcək.

Bu barədə "Tehsil.biz"ə universitetdən məlumat verilib.

Bildirilib ki, elmi konfransın məqsədi dünyanın müxtəlif universitet və elmi-tədqiqat institutlarının tələbə, magistrant və doktorantlarını bir araya gətirmək, əldə olunan elmi nailiyyətləri, təcrübələri paylaşmaq, ortaq problemləri təhlil etmək və onların həll yolları üçün təkliflər irəli sürmək, həmçinin gənclərin elmə olan marağını artırmaqdır.

Xəbər lenti