Logo

"İmtahan prossesinin şəffaflığı müəllim-koordinatorlar tərəfindən təmin olunur" - BDU tələbəsi

29.01.2022 19:20 606 baxış
IMG

“Fikrimcə, bu il tədrisin və imtahanların ənənəvi şəkildə olması biz tələbələr üçün çox müsbət bir haldır".

Tehsil.biz xəbər verir ki, bunu Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin II kurs magistrantı Nuranə Pənahlı deyib.

O bildirib ki, son 2 ildə tədrisin və imtahanların məsafədən təşkili professor-müəllim heyətinin səylərinə baxmayaraq riyazi ixtisaslar üzrə təhsil alan tələbələrdə çətinliklər yaratdı: "Lakin bunların öhdəsindən texniki və kommunikativ  bacarıqlarımızı inkişaf etdirərək məharətlə gəldik. Artıq bu semestr imtahanlar ənənəvi formada keçirilir. İmtahan prossesinin şəffaflığı müəllim-koordinatorlar tərəfindən təmin olunur. Dərslərimizin hibrid formada təşkili bilik və bacarıqlarımızın inkişafına uzun sürən onlayın təhsildən sonra öz töhfəsini verir.”

Fəqan Əzimli

Xəbər lenti