Logo

Tələbə və Gənc Tədqiqatçıların III Beynəlxalq Elmi Konfranslarına qeydiyyat davam edir

29.01.2022 16:29 687 baxış
IMG

Bakı Ali Neft Məktəbində (BANM) "Tələbə və Gənc Tədqiqatçıların III Beynəlxalq Elmi Konfransları" keçiriləcək. Konfranslar ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü ərəfəsində təşkil ediləcək. 
 
Belə ki, 27-29 aprel 2022-ci il tarixlərində “Kimya və Kimya mühəndisliyində dayanıqlı inkişaf” adlı konfrans “Ekoloji problemlər və biotexnologiya”, “Neft-qaz və neft-kimya prosesləri”, “Mütərəqqi  materiallar və polimerlər” və “Bərpaolunan enerji” mövzularına həsr olunacaq.
 
18-20 aprel 2022-ci il tarixlərində “Neft-qaz geologiyası və mühəndisliyi” konfransında “Quyuların istismarı, yataqların işlənməsi və hasilatın optimallaşdırılması”, “Quyuların planlaşdırılmasının və qazma əməliyyatlarının təkmilləşdirilməsi”, “Neft-qaz axtarışı və kəşfiyyatı və hövzə analizi”, “Neft-qaz çıxarma və nəqletmə proseslərində enerjinin qorunma texnologiyaları”, “Neft-qaz sahəsində iqtisadi səmərəliliyin analizi”, “Təbiət və texniki elmlər" mövzuları müzakirə olunacaq.
 
"Proseslərin avtomatlaşdırılması və İnformasiya təhlükəsizliyi – 2022” adlı konfrans 26-27 aprel  2022-ci il tarixlərində təşkil olunacaq və “Ölçmə və idarəetmə sistemləri”, “Sistemli analiz və modelləşdirmə; Təsvirlərin və siqnalların emalı”, “İntellektual sistemlər, idarəetmə, Əşyaların interneti (İoT) və robototexnika”, “İrihəcmli verilənlərin, maşınla öyrətmənin və süni intellektin sənaye tətbiqi”, “Sənaye şəbəkələrində informasiya təhlükəsizliyi; Şəbəkələr və bulud texnologiyaları”, “Kibertəhlükəsizliyin problemləri” mövzularını əhatə edəcək.⠀

Konfranslar barədə ətraflı məlumat almaq üçün əlaqələndirici şəxs - İlahə Bayramova ilə əlaqə saxlamaq mümkündür:

Telefon: (+994 12) 521 34 54;

E-poçt: [email protected];

Tezislərin son qəbul tarixi: 10 fevral  2022-ci il.

Konfranslar haqqında ətraflı məlumat almaq üçün aşağıdakı keçiddən istifadə edin:
http://bhos.edu.az/en/conference/1634

Xəbər lenti