Logo

BMU-nun Qadınlar Şurası xeyriyyə aksiyası həyata keçirib

29.01.2022 16:13 741 baxış
IMG

Bakı Mühəndislik Universitetinin (BMU) Qadınlar Şurası xeyriyyə aksiyalarını davam etdirir.

Tehsil.biz xəbər verir ki, növbəti belə tədbir universitetin texniki heyətinin işçilərini əhatə edib və Şura daha çox ehtiyacı olan 10 işçiyə yardım göstərib.

Universitetin ictimai-sosial həyatında aktiv iştirak edən BMU-nun Qadınlar Şurasının fəaliyyətinin əsas istiqamətlərindən biri də aztəminatlı ailələrə yardımların göstərilməsidir. Qurum indiyə qədər, xüsusilə pandemiya dövründə, təkcə universitet daxilində deyil Abşeron rayonunda müxtəlif xeyriyyə aksiyaları təşkil edib.

Xəbər lenti